Xəbərlər
İsmayəllı şəhər 3 nömrəli məktəb liseyin fizika müəllimi Gülbəniz Əhmədovanın Elm və Təhsil Nazirliyinin keçirdiyi IX qrant müsabiqəsinin "Naxışlarda yaşayan tarix" layihəsinin bağlanış mərasimi keçirildi.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı E.Məmmədov adına İsmayəllı şəhər 3 nömrəli məktəb liseyin fizika müəllimi Gülbəniz Əhmədovanın Elm və Təhsil Nazirliyinin keçirdiyi IX qrant müsabiqəsinin "Naxışlarda yaşayan tarix" layihəsinin bağlanış mərasimi keçirildi.
Mərasimdə ETİHİ İsmayıllı rayon təşkilatının sədri Hafiz Kərimov , məktəb kollektivi və layihənin həyata keçirilməsində fəal iştirak edən şagirdlər iştirak etdilər.
Layihənin əsas məqsədi xalqımızın milli , mənəvi dəyərlərindən olan qədim xalçaçılıq sənətini şagirdlərə sevdirmək və sənətin incəliklərini layihə iştirakçılarına öyrətmək olmuşdur. Layihənin gedişatı və əldə olunan nəticələr sərgidə nümayiş etdirildi.
Qrant layihələrində fəal iştirak edib uğur qazandığına görə Gülbəniz Əhmədova ETİHİ Rayon Komitəsinin fəxri fərmanı ilə mükafatlandırıldı.
Təbrik edirik.
















