Xəbərlər
İsmayıllı növbəti dəfə respublika birincisidir!
05/07/2026, 10:20

İsmayıllı növbəti dəfə respublika birincisidir!
N. Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi "Gənc xilasedici və yanğınsöndürən" respublika yarışında I yerə layiq görülərək qızıl medal qazanıb.
Bu möhtəşəm qələbə münasibətilə komandanın rəhbəri, Əməkdar müəllim Əsgər Manafovu, komandanın bütün üzvlərini, onların valideynlərini və bu uğurda əməyi olan hər kəsi ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.
İsmayıllımızın bu uğuru hər birimiz üçün qürur mənbəyidir!








