Xəbərlər
İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində yeni tədris ilinin başlanması ilə əlaqədar dəyirmi masa təşkil olunmuşdur
04 sentyabr 2026-cı il tarixində ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində 2026/2027-ci tədris ilinin başlanması ilə əlaqədar dəyirmi masa təşkil olunmuşdur. Görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Mayıl Səftərov, ETİHİ İsmayıllı rayon Komitəsinin sədri Hafiz Kərimov, rayonun ümumtəhsil məktəblərinin məktəbdənkənar və sinifdən xaric işlər üzrə təşkilatçı müavinləri və UGİM-in dərnək rəhbərləri iştirak etmişdir.Görüşdə yeni tədris ilində məktəblərlə qarşılıqlı əməkdaşlıq , ittifaq üzvlərinin sosial hüquqlarının qorunması, onların asudə vaxtlarının və istirahətlərinin təşkil edilməsi sahəsində həmkarlar təşkilatının gördüyü işlər, yeni dərs ilində qarşıda duran vəzifələr , dərnək üzvlərinin dərs bölgüsü ilə əlaqədar yarana biləcək suallar və digər məsələlər müzakirə edilmişdir. ETİHİ Respublika Komitəsinin tapşırığına əsasən ittifaq üzvlərinin sosial və işlə bağlı problemləri müzakirə olunmuş və müvafiq qərarlar qəbul olunmuşdur.



