“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İsmayıllı rayonuna istirahət və ekskursiya

04/07/2026, 22:26
xeber1

Ağstafa rayon Qıraq Kəsəmən kənd tam orta məktəbinin kollektivi Azərbaycanın ən füsunkar və zəngin təbiətə malik bölgələrindən biri olan İsmayıllı rayonuna istirahət və ekskursiya məqsədilə səfər etmişdir. Bu cür səfərlər müəllimlərin gündəlik iş gərginliyindən uzaqlaşmasına, mənəvi rahatlıq tapmasına, kollektiv daxilində dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verir.Kollektiv onlara göstərilən diqqət və qayğıya, müəllimlərin asudə vaxtının səmərəli təşkili istiqamətində yaradılan bu gözəl imkana görə Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nə dərin minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, təhsil işçilərinin sağlamlığının qorunması, istirahətinin təşkili və sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən bu cür layihələr müəllimlər tərəfindən yüksək qiymətləndirilir və böyük məmnunluq doğurur.

Qıraq Kəsəmən kənd tam orta məktəbinin kollektivi təşkil olunmuş bu yaddaqalan səfərə görə təşəkkürünü bildirərək, gələcəkdə də müəllimlərin istirahətinin təşkili istiqamətində belə gözəl təşəbbüslərin davam etdiriləcəyinə inamını ifadə etmişdir.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: