“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İsmayıllı rayonuna yaddaqalan səfər

05/07/2026, 22:55
xeber1

Qazax–Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Rayon Təhsil Sektorunun kollektivi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin dəstəyi ilə Azərbaycanın füsunkar təbiəti və zəngin turizm imkanları ilə seçilən İsmayıllı rayonuna yaddaqalan səfər etmişdir.

Səfər iştirakçıları İsmayıllının gözəl təbiəti, səfalı guşələri və tarixi-mədəni məkanları ilə yaxından tanış olmuş, səmərəli istirahət edərək xoş təəssüratlarla geri dönmüşlər. Kollektiv üzvləri bu cür sosial layihələrin təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətinin təmin olunması və kollektiv ruhunun daha da möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd etmişlər.

Səfər iştirakçıları onlara göstərilən diqqət və qayğıya, yaradılan yüksək şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinə səmimi minnətdarlıqlarını bildirmiş, bu cür təşəbbüslərin gələcəkdə də davam etdirilməsini arzuladılar.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: