Xəbərlər
İsmayıllı rayonunda “Sağlam gələcək naminə: zərərli vərdişlərə yox deyək!” adlı maarifləndirici görüş keçirilib

23 oktyabr 2026-cı il tarixində İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin , ETİHİ İsmayıllı Rayon Komitəsi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Sağlam gələcək naminə: zərərli vərdişlərə yox deyək!” adlı maarifləndirici görüş keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Coşqun Hidayətov, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarənin əməkdaşları, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Səbuhi Süleymanov, İsmayıllı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru Rahim Orucov, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının həkim-psixiatrı Mahir Azayev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri iştirak ediblər.
Çıxışlar zamanı zərərli vərdişlərin insan sağlamlığına və cəmiyyətə mənfi təsirləri, sağlam həyat tərzinin əhəmiyyəti və gənclərin bu istiqamətdə maarifləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Gənclərə zərərli vərdişlərdən uzaq durmaq, asudə vaxtlarını səmərəli təşkil etmək və sağlam həyat tərzini seçmək barədə tövsiyələr verilib.
Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, tütün və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlılığı artırmaq, sağlam düşüncəli, gələcəyinə məsuliyyətlə yanaşan gəncliyin formalaşmasına töhfə verməkdir.









