“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İsmayıllı şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası və E.Məmmədov adına şəhər 3 nömrəli məktəb-liseyində yubiley yaşı tamam olan ittifaq üzvlərin yubiley tədbiri keçirildi.

07/11/2025, 21:50
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk təşkilatları olan İsmayıllı şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası və E.Məmmədov adına şəhər 3 nömrəli məktəb-liseyində yubiley yaşı tamam olan ittifaq üzvlərin yubiley tədbiri keçirildi.


Tədbirdə ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvlər iştirak etdilər.

Uzun müddət 1 nömrəli körpələr evi-uşaq bağçasında aşpaz vəzifəsində işləmiş,44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək yaralanmış qazi Həmidli Dilqəm Nizami oğlunun anası Həmidova Fənarə Kamal qızının çalışmasının son yaş həddinə çatması münasibətilə və şəhər 3 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Ələsgərova Rəhilə Həmid qızının yubiley yaşı münasibətilə təşkil olunmuş tədbirdə iştirakçılar yubilyarlar haqqında xoş xatirlərini bölüşdülər və onlara xoş istirahət arzuladılar.


Yubilyarlar ETİHİ İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: