Xəbərlər
İsmayıllı şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində Respublika Fənn Olimpiadasının qalibi Nuray Babayeva ilə ilə görüş təşkil olundu.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbində Respublika Fənn Olimpiadalarının qalibi Nuray Babayeva ilə ilə görüş təşkil olundu. Görüşdə İsmayıllı Təhsil Sektorunun müdiri Rəşid Məmmədli , ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, məktəbin müəllim şagird kollektivi və valideynlər iştirak etdilər .
Məktəbin IX sinif şagirdi Nuray Babayeva tarix fənnindən gümüş medal qazanaraq adını təhsil tariximizə qızıl hərflərlə yazdırmağı bacardı.
Nuray balanı və onun fənn müəllimi Gülşən müəlliməni təbrik edərək Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı ilə təltif etdik.
Nurayın qalib olmasında zəhmət çəkmiş hər kəsə təşəkkürümüzü bildiririk.













