“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb- liseyin şagirdi İsmayıl Hüseynzadə ilə görüş keçirildi.

07/07/2026, 10:25
xeber1

Bu gün İsmayıllı Təhsil Sektorunda Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində qalib gəlmiş İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb- liseyin şagirdi İsmayıl Hüseynzadə ilə görüş keçirildi. Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələrinə haqqında məlumat verərək İsmayılı və valideynini qazandığı uğur münasibətilə təbrik elədi. Məktəbin rəhbərliyi və görüş iştirakçıları İsmayıla riyaziyyat sahəsində bu istedadını daha da inkişaf etdirməyi , gələcəkdə qatılacağı müsabiqə və olimpiadalarda uğurlar qazanmağı arzuladılar. 

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov həmçinin qazanılan uğurlardan bəhs etdi, təbrik edərək komitənin təşəkkürnamə və hədiyyəsini təqdim etdi. 


Bir daha şagirdimizi təbrik edir, uğurlar arzulayırıq  

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: