“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Respublika Fənn Olimpiadasının final mərhələsində qalib olmuş şagird və onun müəllimi ilə görüş keçirildi.

06/05/2026, 11:09
xeber1

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Respublika Fənn Olimpiadasının final mərhələsində qalib olmuş şagird və onun müəllimi ilə görüş keçirildi. Tədbirdə DŞRTİ İsmayıllı Rayon Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, kollektiv üzvləri və şagirdlər iştirak etdilər. RFO -nın finalında uğur qazanaraq Qızıl medala layiq görülmüş şagird Fuad Mustafayev və onun tarix fənni üzrə müəllimi Təranə Yusifova səmimi alqışlarla qarşılandı. Çıxış edənlər qalib şagird və müəllim haqqında xoş sözlər söylədilər və gələcək fəailiyyətlərində daha böyük uğurlar qazanmağı arzuladılar. Müəllim Təranə Yusifova ETİHİ Rayon Komitəsinin fəxri fərmanı ilə mükafatlandırıldı. Qalib şagird isə Rayon Komitəsi və Sektor tərəfindən ümumrayon toplantısında mükafatlandırılması qərara alındı.

Məktəbin direktoru Gündüz Qədirov çıxışında gələn qonaqlara dəyər verdiklərinə görə təşəkkürünü bildirdi və bundan sonrada bu uğurun davamlı olması üçün lazımi təşkilatı işlərin davam etdiriləcəyini vurğuladı. 

Bir daha şagirdimiz Fuadı və Təranə müəlliməni təbrik edirik və uğurlar arzulayırıq. 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: