“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İsmayıllı təhsil işçilərinin həmkarlar ittifaqı təşkilatına təşəkkürü.

19/07/2026, 10:51
xeber1

İsmayıllı təhsil işçilərinin həmkarlar ittifaqı təşkilatına təşəkkürü. 


 Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin üzv təşkilatlarında çalışan ittifaq üzvləri gərgin keçən tədris ilindən sonra asudə vaxtlarını və istirahətlərini səmərəli keçirtmək məqsədilə həmkarlar ittifaqının nəzdində fəailiyyət göstərən sağlamlıq və istirahət məkanlarından rahatlıqla istifadə edirlər. 


İstirahət üçün bütün lazımi şəraitlə təmin olunmuş məkanlardan biri də Nabranda ,dəniz kənarında ,təbiətin bəxş elədiyi bütün gözəllikləri özündə vəsv edən, gözəl məkan  "Təhsil istirahət mərkəzi" dir. 


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyi ilə bu istirahət məkanında təhsil işçilərinin yaxşı istirahəti üçün müasir standartlara cavab verən bütün şərait yaradılmışdır. Hal hazırda bu məkanda mənalı istirahət edən təsil işçilərinin bütün koteqoriyalarından olan - məktəb direktorları, direktor müavinləri,həmkarlar təşkilat sədrləri, litsey müəllimləri, texniki işçilər elektron siistemdən asanlıqla göndəriş alaraq mərhələli vaxtlarla rahat istirahət etdiklərini bildirirlər. Göstərilən bu xidmətə və diqqətə görə İsmayıllı təhsil işçiləri AHİK-ə və ETİHİ Respublika Komitəsinə öz minnətdarlığını və təşəkkürünü bildirirlər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: