Xəbərlər
İsmayıllıda 31 Mart – Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.
02/04/2026, 10:11

İsmayıllıda 31 Mart – Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilib.
Gün ərzində hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilat nümayəndələri, ETİHİ Rayon Komitəsinin üzv təşkilatların kollekiv üzvləri , eləcə də rayon sakinləri “Soyqırım” abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla anıblar.
Anım günü ilə əlaqədar rayonun təhsil müəssisələrində silsilə tədbirlər keçirilib, tariximizin bu ağrılı səhifəsi bir daha xatırlanıb.





































