Xəbərlər
İsmayıllıda 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə geniş tərkibli təntənəli tədbir keçirilib

5 Oktyabr Beynəlxalq müəllimlər Günü İsmayıllıda təntənəli qeyd olundu.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin dəstəyilə Rayon İcra Hakimiyyəti, Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə İsmayıllıda 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə geniş tərkibli təntənəli tədbir keçirilib. Əvvəl tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
Tədbirdə RİH- nin, YAP rayon təşkilatının , DŞRGİ- nin rəhbər heyəti, rayonun təhsil həyatında xüsusi xidmətləri olan, hal - hazırda təqaüddə olan əməkdar müəllimlər, qabaqcıl təhsil işçiləri, şəhid ailəlri, həmçinin ötən tədris ilində tədrisin keyfiyyətinin yüksəldilməsi, yüksək akademik nailiyyətlər və səmərəli pedaqoji nailiyyətlərilə fərqlənən 200 nəfərdən artıq təhsil işçisi iştirak edib.Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin müəllimlərin ifasında canlı səsləndirilməsi ilə başladı. Sonra Ulu Öndər Heydər Əliyev, Vətən müharibəsində şəhid olan qəhrəmanların və dünyasını dətişən müəllimlırin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edənlər müəllim peşəsinin cəmiyyətdəki ali yerindən, ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısından və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında pedaqoji işçilərin müstəsna rolundan bəhs etdilər. Məktəblilərin ifasında müəllimə, vətənə ,şəhidlərə məhəbbət mövzusunda şeirlər və kompozisiyalar səsləndirildi. Tədbirin rəsmi hissəsində təlim- tərbiyə prosesində fərqlənən , fənn olimpiadası və fənn müsabiqəsinin respublika turunda şagirdləri qalib olmuş müəllimlər, və fədəkar əməyilə seçilən 120 nəfərdən çox pedaqoji işçilər , həmçinin ömrünün 50 ilindən çoxunu təhsilin inkişafına sərf etmiş, bu günlərdə 70 yubiley yaşı tamam olan İ. Həsənov adına şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin həmkarlar təşkilatının sabiq sədri, qabaqcıl müəllim Yəhyayeva Dilbər Mehdi qızı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyələrilə mükafatlandırıldı.Tədbir iştirakçıları sonda xatirə şəkilləri çəkdirdilər.












