“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İsmayıllıda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

09/05/2026, 11:16
xeber1

İsmayıllıda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.


Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.


Heydər Əliyev adına Mədəniyyət Mərkəzində davam edən tədbirdə şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisələrin kollektivləri, ziyalılar və gənclər iştirak ediblər.


Çıxışlarda Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən, xalq və dövlət qarşısındakı tarixi fəaliyyətindən geniş bəhs olunub. Vurğulanıb ki, Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs bu gün uğurla davam etdirilir, ölkəmizin inkişafı, milli birliyin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm nəticələr verir.

Tədbirdə Ulu Öndərin anadan olmasının 103 -cü ildönümü münasibətilə keçirilmiş " Ən yaxşı təqdimat " Respublika müsabiqəsində qalib olmuş şəhər 3 nömrəli məktəb liseyin şagirdi Gülay Zərbiyeva rayon rəhbərliyi tərəfindən mükafatlandırıldı, bir neçə nəfər gənclərə YAP üzvlük biletləri təqdim olundu. 

Ulu Öndərin zəngin dövlətçilik irsi, vətənpərvərlik ideyaları və Azərbaycançılıq məfkurəsi gələcək nəsillər üçün daim örnək olaraq qalır. Tədbirdə dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: