Xəbərlər
İsmayıllıda kollec tələbələrilə narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirildi

İsmayıllıda kollec tələbələrilə narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirildi.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq məktubuna və tövsiyəsinə əsasən 16 oktyabr 2026- cı il tarixdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində I kurs tələbələrilə " Narkomaniya və narkotik vasitələrdən iştifadə edilməsinə qarşı mübarizə " mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə Yeni Azərbaycan Partiyası İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov, İsmayıllı Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Qrupunun baş məsləhətçisi , polis mayoru Rahim Orucov, ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov, kollecin müəllimləri və əsasən I kurs tələbələri iştirak etdilər. İlk olaraq ölkəmizin müstəqilliyinin bərpası, torpaqlarımızın azad olunmasında canından keçərək şəhid olmuş qəhrəmanların xatirəsi yad olunmuşdur. Ğörüşdə çıxış edən qonaqlar narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlər, narkomaniyanın fəsadları, hüquqi məsuliyyət və zərərli vərdişlərdən qorunma yolları barədə məlumat verdilər. Kollecin tibb fakultəsinin müəllimi Elşən Həsənov mövzu ətrafında çıxış edərək yeniyetmələr arasında hüquq pozuntularının profilaktikası, sağlam həyat tərzinin təbliği, hüquqi maarifləndirmə işlərinin əhəmiyyəti haqqında danışaraq bu yola düçar olanların tibbi nöqteyi nəzərdən geri dönüş olmadığını vurğuladı. Çıxış edənlər həmçinin yetginlik yaşına çatmayanlar arasında hüquq pozuntuların qarşısının alınmasını, yeniyetmələrin hüquqi biliklərinin artırılmasını və onların zərərli vərdişlərdən qorunmasının vacibliyini, tələbələrin hüquqazidd əməllərdən uzaq durmaq, asudə vaxtlarını səmərəli təşkil etmək və sağlam həyat tərzinə üstünlük verməyi tövsiyyə etdilər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırıldı, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Sonra təhsil müəssisələrində yeniyetmələrlə narkomaniya və digər zərərli vərdişlərlə mübarizə sahəsində səmərəli fəailiyyətinə görə Rayon Polis Şöbəsinin əməkdaşı Rahim Orucov və kollec həmkarlar təşkilatının sədri Çingiz Aslanov ETİHİ Rayon Komitəsinin fəxri fərmanı ilə təltif olundu.
Təhsil müəssisələrində narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbirlər davam etdirilir.








