“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İsmayıllıda təşkil olunan istirahət proqramı əməkdaşların asudə vaxtına töhfə verib

30/04/2026, 12:00
xeber1

AR ETN İqtisadiyyat İnstitutunun 7 əməkdaşı İnstitutun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 25–27 aprel tarixlərində İsmayıllı rayonunun Xanagah kəndində yerləşən “Castle Resort SPA” otelində 2 gecə 3 günlük istirahət proqramında iştirak ediblər.

İstirahət müddətində iştirakçılar İsmayıllı rayonunun tarixi və mənzərəli məkanları ilə yaxından tanış olub, həmçinin otel tərəfindən təşkil olunan mədəni-əyləncəli tədbirlərdə iştirak ediblər.

Qeyd edək ki, bu cür təşəbbüslər əməkdaşların asudə vaxtının səmərəli təşkili, sosial rifahının yüksəldilməsi və ölkənin müxtəlif bölgələri ilə tanışlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

İnstitutun Həmkarlar Təşkilatı bu istiqamətdə fəaliyyətini davam etdirərək il ərzində Azərbaycanın müxtəlif bölgələrində oxşar tədbirlərin təşkilini planlaşdırır.

Sosial şəbəkələrdə paylaş: