Xəbərlər
İSMAYILLIDA “ZƏFƏR MARAFONU” KEÇİRİLDİ!

İSMAYILLIDA “ZƏFƏR MARAFONU” KEÇİRİLDİ!
🗓️ 07 noyabr 2025-ci il tarixində İsmayıllı şəhərində “8 Noyabr – Zəfər Günü” münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyəti,ETİHİ İsmayıllı Rayon Komitəsi,Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi, İsmayıllı Rayon Təhsil Sektoru, İsmayıllı Humanitar və Texnologiya Kolleci, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi və birgə təşkilatçılığı ilə “Zəfər Marafonu” keçirilib.
🏁 Marafon Şəhidlər Xiyabanı – Mərkəzi Meydan marşrutu üzrə baş tutub.
🇦🇿 Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
🎤 Tədbirdə şəhid ailələrinin üzvləri, İsmayıllı RİH-in nümayəndəsi Nəsimi Teymurov,ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Dağlıq Şirvan RGİİ-nin rəisi Taleh Salehov və İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov çıxış ediblər.
🎶 Tədbirə “Tərəqqi” medallı, Əməkdar mədəniyyət işçisi Sahibə Abdullayeva öz möhtəşəm ifası ilə xüsusi rəng qatıb.
🏅 Marafonun qalibləri təşkilatçılar tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
🎯 Tədbirin məqsədi:
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, Zəfər Gününün əzəmətinin gənc nəsil arasında təbliği, eləcə də sağlam həyat tərzinin və idmana marağın artırılması olub. İSMAYILLIDA “ZƏFƏR MARAFONU” KEÇİRİLDİ!
🗓️ 07 noyabr 2025-ci il tarixində İsmayıllı şəhərində “8 Noyabr – Zəfər Günü” münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyəti,ETİHİ İsmayıllı Rayon Komitəsi,Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi, İsmayıllı Rayon Təhsil Sektoru, İsmayıllı Humanitar və Texnologiya Kolleci, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi və birgə təşkilatçılığı ilə “Zəfər Marafonu” keçirilib.
🏁 Marafon Şəhidlər Xiyabanı – Mərkəzi Meydan marşrutu üzrə baş tutub.
🇦🇿 Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
🎤 Tədbirdə şəhid ailələrinin üzvləri, İsmayıllı RİH-in nümayəndəsi Nəsimi Teymurov,ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Dağlıq Şirvan RGİİ-nin rəisi Taleh Salehov və İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov çıxış ediblər.
🎶 Tədbirə “Tərəqqi” medallı, Əməkdar mədəniyyət işçisi Sahibə Abdullayeva öz möhtəşəm ifası ilə xüsusi rəng qatıb.
🏅 Marafonun qalibləri təşkilatçılar tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
🎯 Tədbirin məqsədi:
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, Zəfər Gününün əzəmətinin gənc nəsil arasında təbliği, eləcə də sağlam həyat tərzinin və idmana marağın artırılması olub.

















