Xəbərlər
İsmayıllıya 2 günlük gəzinti
20/04/2026, 14:16

ETİHİ Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov və bir qrup ilk təşkilat sədrlərinin iştirakı ilə əməkdaşların asudə vaxtının səmərəli təşkili məqsədilə İsmayıllı rayonuna 2 günlük gəzinti təşkil olunmuşdur.
Gəzinti proqramına uyğun olaraq iştirakçılar Basqal və Lahıc qəsəbələrində olmuş, həmin ərazilərin təbiəti, tarixi abidələri, milli-mədəni dəyərləri ilə yaxından tanış olmuşlar.
Səfər iştirakçıların asudə vaxtının səmərəli və maraqlı keçirilməsinə, həmçinin kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyətin və həmrəyliyin daha da möhkəmlənməsinə töhfə vermişdir.





