Xəbərlər
İsmayıllıya ekskursiya təşkil olunub
14/08/2026, 10:58

ETİHİ Şəki Şəhər Komitəsinin "İllik Fəaliyyət Planına" uyğun olaraq, ittifaq üzvlərinə sosial dəstək layihəsi çərçivəsində Şəki rayon Aşağı Layısqı kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün ölkəmizin dilbər guşələrindən olan İsmayıllı rayonuna ekskursiya təşkil edilib.
Ekskursiyanın məqsədi ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, onların mənəvi istirahətinin təmin edilməsi, kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyətin və həmrəyliyin gücləndirilməsi olub. Səfər iştirakçıları İsmayıllının zəngin təbiəti, tarixi-mədəni abidələri və görməli yerləri ilə yaxından tanış olmuş, xoş və yaddaqalan anlar yaşayıblar.İttifaq üzvləri təşkilatçılara dərin minnətdarlıqlarını ifadə ediblər.





