“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İsmayıllıya yaddaqalan ekskursiya

27/07/2026, 09:26
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin təşkilatçılığı ilə Ağdam rayon Ə.Quliyev adına Birinci Sarıcalı kənd tam orta ümumtəhsil məktəbinin pedaqoji kollektivi üçün İsmayıllı rayonuna ekskursiya təşkil olundu.

Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv daxilində həmrəyliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi, eyni zamanda iştirakçıların ölkəmizin füsunkar guşələrindən biri olan İsmayıllının təbii gözəllikləri və turizm imkanları ilə yaxından tanış olmalarına şərait yaratmaq idi.

Səfər zamanı iştirakçılar rayonun görməli və tarixi məkanlarını ziyarət edib, təbiətin gözəlliklərindən zövq alaraq xoş və yaddaqalan anlar yaşayıblar. Ekskursiya iştirakçıların böyük məmnuniyyəti ilə qarşılanıb və onların mənəvi istirahətinə, iş motivasiyasının yüksəlməsinə müsbət töhfə verib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi bundan sonra da təhsil işçilərinin sosial rifahının yaxşılaşdırılması, asudə vaxtlarının səmərəli təşkili və onların mənəvi dəyərlərinin dəstəklənməsi istiqamətində müxtəlif layihə və tədbirlərin həyata keçirilməsini davam etdirəcək.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: