“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Son zəng tədbiri keçirilmişdir

13/06/2026, 14:11
xeber1

13 iyun 2026-cı il tarixində Oğuz şəhəri Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü liseydə "Son zəng" tədbiri keçirilmişdir. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Oğuz Rayon Təhsil Sektorunun, ETİHİ Oğuz rayon komitəsinin nümayəndələri, şəhid ailələri, məktəb kollektivi və şagirdlər iştirak etmişlər.

​Tədbirdə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

​ Çıxış edənlər məzunları təbrik etmiş, onlara gələcəkdə əsl Azərbaycan vətəndaşı kimi formalaşmağı arzu etmişlər. Məzunlar da öz növbəsində çıxış edərək, qazandıqları elmi biliklərə görə müəllimlərinə təşəkkürlərini bildirmişlər.

​  Tədbirin sonunda bir qrup təhsil işçisi və şagirdlər ictimai işlərdə və təhsildə qazandıqları nailiyyətlərə görə Fəxri fərman və təşəkkürnamə ilə təltif olunmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: