“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Son zəng” tədbirləri keçirilib.

13/06/2026, 14:21
xeber1

İyunun 13-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Qəbələ rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində məzunlar üçün “Son zəng” tədbirləri keçirilib.

Daşca kənd tam orta ümumtəhsil məktəbində təşkil olunan tədbirdə iştirak etdik. Tədbirdə məktəbin məzunları, müəllim kollektivi, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edərək məzunların həyatında əlamətdar olan bu günü qeyd etdilər.

Məzunları yeni həyat mərhələsinə qədəm qoymaları münasibətilə təbrik edir, onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayırıq.

Eyni zamanda, şagirdlərin bilikli, vətənpərvər və layiqli vətəndaş kimi formalaşmasında böyük zəhməti olan müəllimlərimizə dərin minnətdarlığımızı bildiririk. Tədbir çərçivəsində əmək fəaliyyətində uzun illər səmərəli çalışmış və yaş həddinə çataraq təqaüdə yola salınan müəllimlər fəxri fərmanlarla təltif olundular.

Onların fədakar əməyi, peşəkarlığı və gənc nəslin yetişdirilməsi istiqamətində göstərdikləri xidmətlər cəmiyyətimizin inkişafına verilən dəyərli töhfədir. Təqaüdə çıxan müəllimlərimizə cansağlığı, xoş günlər və gələcək həyatlarında uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: