Xəbərlər
“Sosial şəbəkə riskləri, hüquqa zidd davranışlar” mövzusunda maarifləndirici tədbir keçirilib.

29 oktyabr 2025-ci il tarixində “Uşaq hüquqları aylığı” çərçivəsində Qax Rayon İcra Hakimiyyətinin Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyası və ETİHİ Qax Rayon Komitəsinin təşkilatçılığı ilə Almalı kənd tam orta məktəbində “Sosial şəbəkə riskləri, hüquqa zidd davranışlar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak edib. Görüşün məqsədi sosial şəbəkələrdən istifadə zamanı gənclərin qarşılaşa biləcəyi təhlükələr, kiberqısnama halları, həmçinin hüquqa zidd davranışların qarşısının alınması istiqamətində şagirdlərin maarifləndirilməsi olub.
Çıxış edənlər sosial mediada etik davranış qaydaları, şəxsi məlumatların qorunması, onlayn təhlükəsizlik prinsipləri və sosial şəbəkə istifadəsində hüquqi məsuliyyət barədə ətraflı məlumat verib. Qeyd olunub ki, rəqəmsal mühitdə məsuliyyətli davranış formalaşdırmaq, sosial şəbəkələrdən düzgün istifadə etmək və şəxsi sərhədlərə hörmətlə yanaşmaq hər bir yeniyetmənin sosial-mədəni inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirin sonunda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.






