“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“İstiqlaldan müasir Azərbaycana” adlı bilik yarışması keçirilib.

04/06/2026, 17:00
xeber1

Qazax rayonu üzrə təhsil sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və 28 May – Müstəqillik Günü münasibətilə “İstiqlaldan müasir Azərbaycana” adlı bilik yarışı keçirilmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd şagirdlər arasında Azərbaycan dövlətçilik tarixinin, milli istiqlal ideyalarının və Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin təbliği, eyni zamanda gənclərin intellektual inkişafının dəstəklənməsi olmuşdur.

Yarışda ilin tərəfdaş valideynləri, müəllimlər və şagirdlərdən ibarət komandalar iştirak etmişdir. İştirakçılar arasında keçirilən yarış gərgin və maraqlı mübarizə şəraitində davam etmiş, yekun nəticələrə əsasən aşağıdakı komandalar qalib olmuşdur:

I yer – “Şıxlı” komandası

II yer – “Qartallar” komandası

III yer – “Zirvə” komandası

Qalib komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunmuşdur.

Tədbirin sonunda iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: