Xəbərlər
İstirahət, ünsiyyət və yeni təəssüratlar bir arada
10/06/2026, 17:42

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin təşəbbüsü ilə üzv təşkilatların kollektivləri üçün mütəmadi olaraq gəzinti və ekskursiyalar təşkil edilir. Bu çərçivədə Bakı şəhəri Nəsimi rayonu 96 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi üçün də gəzinti təşkil olunub.
Tədbirin məqsədi iştirakçıların asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyətin genişləndirilməsi və həmrəylik mühitinin daha da möhkəmləndirilməsidir.








