Xəbərlər
Stolüstü Tennis yarışı
16 mart 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin təşkilatçılığı ilə təhsil işçiləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idman yarışlarının ikinci mərhələsi başlamışdır. Bu gün UNEC-nəzdində Sosial İqtisadi Kollecində stolüstü tennis yarışı Dövlət Himninin səslənməsi ilə başladı. Daha sonra Ulu öndərin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yarışda 17 komanda mübarizə aparırdı. Gərgin və maraqlı şəraitində keçən yarışda qaliblər aşağıdakı şəkildə müəyyənləşdi.
Kişilər arasında:
I yer-271 nömrəli tam orta məktəbin tarix müəllimi Mustafayev Yaşar Rəfil oğlu
II yer-337 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Quliyev Süleyman Novruz oğlu
III-yer Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təlimi Məktəbinin riyaziyyat müəllimi Cəfərov Məhəbbət Şükrət oğlu.
Qadınlar arasında:
I yer 311 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Rüstəmzadə Sevil Rüstəm qızı
II yer-72 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Şirinova Ellada Tofiq qızı
III yer - 69 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Abdullayeva Rəna Rəsul qızı tutdular. Biz də qalibləri təbrik edir yarışların növbəti mərhələsində uğurlar arzulayırıq.



