“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Strateji planlaşdırma

26/02/2026, 16:41
xeber1

Strateji planlaşdırmaya uyğun olaraq Göyçay Dövlət İdarəetmə və Texnologiya kolleci ilə işəgötürən arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Strateji inkişaf planına əsasən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci PHŞ ilə Göyçay Rayon Heyvan sağlamlığı və Baytarlıq xidmətləri idarəsi arasında bağlanmış müqavilə 2030 – cu ilin əvvəlinədək qüvvədədir. Təhsil müəssisəsi ilə işəgötürən arasında bağlanmış müqavilənın əsas məqsədləri aşağıdakılardr:

1. Hər il işəgötürən (Göyçay Rayon Heyvan sağlamlığı və Baytarlıq xidmətləri idarəsi) tərəfindən seçilmiş, uyğun ixtisaslı bilikli və bacarıqlı məzun tələbələri müəssisədə işlə təmin etmək.

2. Təhsillə təcrübə arasında körpü yaratmaq, tələbələrin pesakar bacarıqlarını artırmaq və heyvan sağlamlığının qorunmasına birgə töhfə vermək.

3. Tələbələrin heyvan sağlamlığı idarəsində istehsalat təcrübəsi keçmək, real iş mühitində praktik bilikləri artırmaq, müasir diaqnostika və müalicə üsullarını öyrənmək.

4. Baytarlıq və heyvan sağlamlığı sahəsində ixtisaslı mütəxəssislər yetişdirmək, əmək bazarının tələblərinə uyğun kadr hazırlamaq.

5. Hər semestr Göyçay Rayon Heyvan sağlamlığı və Baytarlıq xidmətləri idarəsi mütəxəssisləri tərəfindən GDİTK tələbələrinə seminarlar keçirmək.

6. Heyvanların suni mayalanması, peyvənd olunması, müxtəlif xəstəliklərin müalicəsi zamanı tələbələrin iştirakını təmin etmək.

Xeyirli uğurlu olsun!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: