Xəbərlər
Sülh Naminə Həmkarlar İttifaqları: Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının qlobal təşəbbüsü

Qlobal Həmkarlar İttifaqı Hərəkatı (İTUC) sülhün, demokratiyanın, beynəlxalq hüquqa hörmətin, işçilərin və insan haqlarının, ləyaqət və dialoqun tərəfdarıdır və bu istiqamətdə təşəbbüslərini davam edir.
Bu gün bu dəyərlər təhlükə altındadır. Münaqişələr artır, avtoritarizm yüksəlir, nüvə silahları bəşəriyyəti təhdid etməkdə davam edir və insanların ehtiyaclarını ödəmək əvəzinə silahlanmaya milyardlarla vəsait xərclənir. Bunun əvəzini işçilər və onların ailələri ödəyirlər.
Məhz buna görə də həmkarlar ittifaqları hər il sülh naminə qlobal səfərbərlik həftəsində və digər tədbirlərdə bir araya gəlirlər. Həmin günlər iş yerlərində, icmalarda və ölkələrdə həmkarlar ittifaqları səslərini ucaldır, aksiyalar təşkil edir və silaha deyil, insanlara sərmayə qoymağa çağırırlar.
Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası və onun filiallarının mövqeyi:
Sülh naminə – silaha deyil, səhiyyəyə, təhsilə, layiqli işlərə və sosial müdafiəyə sərmayə qoymaq.
Demokratiya üçün – insanların səsinə və hüquqlarına hörmət edilməsini təmin etmək.
Beynəlxalq hüquqa hörmət üçün - BMT Nizamnaməsinə riayət etmək və bütün insanların ləyaqətini qorumaq.
İşçilərin və insan hüquqları üçün – insan və həmkarlar ittifaqı hüquqlarının müdafiəsi və qərarların qəbuluna işçi həmkarlar ittifaqının daxil edilməsi.
Sosial dialoq və diplomatiya üçün – insanları və millətləri bir-birindən ayırmaq deyil, bir araya gətirmək.
İşləyən insanlar silahlanma yarışını deyil, nüvə silahsızlanmasını tələb edirlər.
Biz dağıdılma üzərində deyil, əməkdaşlıq üzərində qurulmuş təhlükəsizliyi tələb edirik. Yaradılmasından səksən bir il sonra, sülhü qorumaq və sülh üçün işçilərin səsini hər yerdə eşitdirmək üçün BMT-nin təsis missiyasını canlandırmağın vaxtıdır.
ETİHİ Səbayil Rayon Komitəsi də dünyada sülhün, demokratiyanın, beynəlxalq hüquqa hörmətin, işçilərin və insan haqlarının, ləyaqət və dialoqun tərəfdarıdır və bu sahədə Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçilərin Həmkarlar İttifaqının təşəbbüslərini dəstəkləyir.
Sülh və tərksilah üçün təşəbbüslərimizi press@ituc-csi.org elektron poçtu və #TradeUnionsForPeace sosial mediada ilə paylaşa bilərik.



