“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Sulut kənd tam orta ümumtəhsil məktəbin kollektiv üzvlərinin asudə vaxtını və istirahətini səmərəli keçirtmək məqsədilə Qarabağ bölgəsinə ekskursiyası təşkil olunmuşdur.

09/07/2026, 10:39
xeber1

ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı B. Mirzəyev adına Sulut kənd tam orta ümumtəhsil məktəbin kollektiv üzvlərinin asudə vaxtını və istirahətini səmərəli keçirtmək məqsədilə Qarabağ bölgəsinə ekskursiyası təşkil olunmuşdur. 


İttifaq üzvləri Vətən müharibəsindən sonra azad olunmuş tarixi şəhərlərimizi- Əsgəran, Xocalı, Xankəndi və Şuşanı ziyarət edərək şəhidlərimizin ruhunu yad etmişlər. 


Yeni quruculuq işləri ilə tanış olan təhsil işçiləri Şuşanın mədəniyyət abidələrini ziyarət edərək gözəl bir gün yaşamışlar. Hamının ürəyincə olan bu ekskursiyanın təşkilinə dəstək olduğuna görə ittifaq üzvləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə minnətdarlıqlarını bildirdilər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: