Xəbərlər
Sumqayıt Dövlət Universitetində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənc əməkdaşlarla görüş keçirilib.
03/02/2026, 16:22

Sumqayıt Dövlət Universitetində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənc əməkdaşlarla görüş keçirilib. Tədbir SDU-nun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə baş tutub.
Görüşdə çıxış edən SDU-nun rektoru v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov gəncləri bayram münasibətilə təbrik edib, gənclərlə işin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bu gün də uğurla davam etdirildiyini qeyd edib, insan kapitalının inkişafının dövlət üçün strateji əhəmiyyət daşıdığını bildirib.











