Xəbərlər
Sumqayıt Dövlət Universitetində birinci kurs tələbələri üçün Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəaliyyəti ilə bağlı infosessiya keçirilib

Oktyabrın 1-də Sumqayıt Dövlət Universitetində birinci kurs tələbələri üçün Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fəaliyyəti ilə bağlı infosessiya keçirilib. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi yad olunub. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Elmar Xəlilov universitetin imkanları, gənclərə göstərilən diqqət və qayğı, eləcə də tələbələrin inkişafına dəstək barədə danışıb, onları fəallığa çağırıb. Daha sonra THİK-in sədri Elmin Novruzlu təşkilatın fəaliyyət istiqamətləri, layihələr və sosial dəstək proqramları barədə təqdimatla çıxış edib. Sonda tələbələrin sualları cavablandırılıb, tədbir musiqili konsert proqramı ilə yekunlaşıb.













