Xəbərlər
Sumqayıt Dövlət Universitetində idman həftəsinə start verildi🏆
09/02/2026, 13:43

Sumqayıt Dövlət Universitetində ETİHİ SDU Həmkarlar İttifaqı Komitəsinin və İdman Klubunun birgə təşkilatçılığı ilə 9 fevral tarixində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş əməkdaşlararası idman yarışlarına start verilib.
İdman həftəsi çərçivəsində universitet əməkdaşları arasında müxtəlif növ yarışlar keçiriləcək. Təqvimə əsasən,
9 fevral tarixində — stolüstü tennis,
10 fevral tarixində — dama,
11, 12 və 13 fevral tarixlərində isə — voleybol yarışları təşkil olunacaq.
Keçirilən yarışların əsas məqsədi universitet əməkdaşları arasında sağlam həyat tərzinin təşviqi, kollektiv ruhunun möhkəmləndirilməsi və əməkdaşların şəhərsalma və memarlıq ilinə töhfə verməsidir.














