“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Sumqayıt Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin və SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin birgə təşkilatçılığı ilə Multidisiplinar Mühəndislik Qış Məktəbinə start verilib.

09/02/2026, 10:31
xeber1

Qış Məktəbi mühəndislik ixtisasında təhsil alan tələbələr üçün nəzəri biliklərlə praktiki bacarıqların inteqrasiyasını təmin edən mühüm təlim platformasıdır.

Açılış mərasimində SDU-nun rektoru, v.i.e., AMEA-nın müxbir üzvü Əminağa Sadıqov multidisiplinar yanaşmanın müasir mühəndis kadrların hazırlanmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qış Məktəbinin tələbələri real sənaye mühiti və əmək bazarının tələbləri ilə yaxından tanış etdiyi bildirilib.

Proqram çərçivəsində ilk təlim Azərbaycan Su Ehtiyatları Agentliyinin Baş məsləhətçi mühəndisi Fuad Cavadzadə tərəfindən keçirilib. Təlimdə müasir mühəndislik çağırışları və innovativ yanaşmalar müzakirə olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: