Xəbərlər
Sumqayıt Dövlət Universitetində təşkil olunan Multidisiplinar Mühəndislik Qış Məktəbi çərçivəsində tələbələr aparıcı sənaye müəssisələrində praktiki təcrübə keçiblər.
11/02/2026, 10:38

Sumqayıt Dövlət Universitetində təşkil olunan Multidisiplinar Mühəndislik Qış Məktəbi çərçivəsində tələbələr aparıcı sənaye müəssisələrində praktiki təcrübə keçiblər.
“SOCAR Polymer”, “GİLTEX” və “Azərsun Holding”də keçirilən istehsalat gəzintiləri zamanı tələbələr real sənaye mühiti, avtomatlaşdırılmış idarəetmə sistemləri, keyfiyyətə nəzarət mexanizmləri və müasir mühəndislik yanaşmaları ilə tanış olublar.
Bu təşəbbüs sənaye–universitet əməkdaşlığının gücləndirilməsinə və rəqabətqabiliyyətli mühəndis kadrların hazırlanmasına xidmət edir.
















