“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Sumqayıt Dövlət Universitetinin rəhbərliyi 2026–2027-ci tədris ilində qəbul imtahanlarında 500 və daha yüksək bal toplayaraq universitetə qəbul olan, eləcə də təhsildə yüksək nəticələri ilə seçilən tələbələrlə görüş keçirib.

14/10/2026, 08:35
xeber1

Sumqayıt Dövlət Universitetinin rəhbərliyi 2026–2027-ci tədris ilində qəbul imtahanlarında 500 və daha yüksək bal toplayaraq universitetə qəbul olan, eləcə də təhsildə yüksək nəticələri ilə seçilən tələbələrlə görüş keçirib.

Tələbə yeməkxanasında çay süfrəsi ətrafında keçirilən görüşdə, həmçinin fakültələr üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) ən yüksək olan 3 bakalavr və 1 magistr tələbəsi iştirak edib.

Görüşdə rektor, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli tələbələrin yüksək nəticələrini və universitet həyatında fəallıqlarını yüksək qiymətləndirib, onların gələcək təhsil və inkişaf perspektivləri ilə bağlı fikirlərini dinləyib.

Səmimi söhbət şəraitində keçirilən görüş zamanı tələbələrin universitet həyatı, təhsil prosesi və gələcək gözləntiləri ilə bağlı fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Tələbələrə təhsildə qazandıqları uğurları davam etdirmələri və universitetin ictimai həyatında fəal iştirak etmələri tövsiyə olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: