Xəbərlər
Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar universitetin fakültələrində silsilə tədbirlər keçirilib.

Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü ilə əlaqədar universitetin fakültələrində silsilə tədbirlər keçirilib.
Tədbirlərin keçirilməsində Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərin əziz xatirəsini yad etmək, onların qəhrəmanlığını və Vətən qarşısındakı xidmətlərini gənc nəslə çatdırmaq əsas məqsəd daşıyıb.
Silsilə tədbirlər çərçivəsində tələbələrin iştirakı ilə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Vətən müharibəsi və 44 günlük Zəfər yolundan bəhs olunub, şəhidlərin keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb.
Tədbirlər zamanı tələbələrə milli-mənəvi dəyərlərin, vətənpərvərlik ruhunun və şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasının əhəmiyyəti vurğulanıb.






















