Xəbərlər
Sumqayıtda Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirilib

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Əminağa Sadıqov, ETİHİ Sumqayıt Şəhər Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən Elşad Novruzov, şəhərin təhsil ictimaiyyəti, müəllimlər biraraya gəliblər.
Çıxış edənlər təhsil işçilərini peşə bayramı münasibətilə təbrik edib, onların gənc nəslin formalaşmasında göstərdikləri xidmətləri yüksək qiymətləndiriblər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə müəllim peşəsinin hər zaman yüksək hörmətə layiq olduğunu bildirib, pedaqoqların gənc nəslin formalaşmasındakı rolunu xüsusi vurğulayıb.
Sonda təhsil işçiləri yaradılan imkanlardan bəhrələnərək ölkənin inkişafı naminə savadlı və vətənpərvər gənclərin yetişdirilməsi üçün səylərini əsirgəməyəcəklərini deyiblər.
Sonda bir qrup müəllim Fəxri Fərman və təşəkkürnamələrlə təltif olunub. Tədbir bədii hissə ilə davam etdirilib.













