Xəbərlər
Astara rayonunda ittifaq üzvləri 65 illik yubileyi münasibətilə təbrik edildi
02/12/2025, 16:11

Astara rayonu Həzi Sovqatov adına Şümrüd kənd tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi və məktəbin ilk həmkarlar təşkilatının sədri Əhədov Şadulla Yədulla oğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən kollektiv üzvləri Şadulla müəllimin uzunmüddətli pedaqoji fəaliyyətindən, təhsilin inkişafına verdiyi dəyərli töhfələrdən və məktəbin ictimai həyatında oynadığı mühüm roldan söz açıblar.
Sonda Şadulla müəllim Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur.





