“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Süni intellekt və innovasiyanın inkişafı” mövzusunda tədbir

13/02/2026, 15:13
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin iştirakı ilə, Abşeron Gəncləri üçün İnkişaf və Karyera Mərkəzi və Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Süni intellekt və innovasiyanın inkişafı” mövzusunda maarifləndirici tədbir təşkil olunub. Tədbirin məqsədi gənclərin müasir texnologiyalar, rəqəmsal bacarıqlar və süni intellekt sahəsində baş verən yeniliklərlə bağlı məlumatlandırılmasını təmin etməkdir.


Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsinin sədri Fəxrəddin Eyvazov çıxış edərək süni intellektin qlobal inkişaf tempindən, təhsildə və əmək bazarında yarada biləcəyi dəyişikliklərdən danışıb. O, gənclərin innovativ düşüncə tərzinin formalaşdırılmasının, rəqəmsal bilik və bacarıqlarının artırılmasının vacibliyini vurğulayıb.


Çıxışçılar tərəfindən süni intellektin tətbiq sahələri, innovasiyanın gündəlik həyata və təhsil prosesinə təsiri, həmçinin rəqəmsal mühitdə təhlükəsizlik mövzuları haqqında ətraflı məlumat verilib. Gənclərə innovativ layihələr hazırlamaq, yeni texnologiyalardan səmərəli istifadə etmək və öz potensiallarını inkişaf etdirmək üçün tövsiyələr təqdim olunub.


Görüş interaktiv müzakirələrlə davam edib, gənclər mövzu ilə bağlı suallar ünvanlayaraq mütəxəssislərdən cavablar alıblar. Qeyd olunub ki, gələcəkdə də süni intellekt və rəqəmsal bacarıqlar üzrə maarifləndirici seminarların davam etdirilməsi nəzərdə tutulur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: