“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Süni İntellekt Savadlılığı" təlimi bu dəfə Göyçayda

19/01/2026, 15:44
xeber1

ASAN İnnovativ İnkişaf Mərkəzinin regionlarda həyata keçirdiyi “Süni İntellekt Savadlılığı” proqramı bu dəfə Göyçayda təşkil olundu.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Komitəsinin təşkilati dəstəyi ilə baş tutan təlimdə iştirak etmək müəllimlər üçün həm faydalı, həm də motivasiyaedici oldu. 


Təlimdə Həmkarlar İttifaqının əməkdaşları, eləcə də Göyçayda fəaliyyət göstərən elm və təhsil işçiləri iştirak etdilər. 


50-yə yaxın iştirakçının qatıldığı təlim zamanı onların gündəlik və peşəkar fəaliyyətində faydalı olacaq süni intellekt alətlərinin praktik istifadəsi ilə bağlı real təcrübələr və nümunələr paylaşıldı.

Proqramın əsas məqsədi süni intellekt biliklərinin genişləndirilməsi, vətəndaşların rəqəmsal bacarıqlarının artırılması və süni intellektdən məsuliyyətli istifadənin təşviqidir.


Təlim zamanı gündəlik və peşəkar fəaliyyətimizdə istifadə edə biləcəyimiz süni intellekt alətləri praktiki şəkildə izah edildi, real nümunələr paylaşıldı.

Rəqəmsal dövrün tələblərinə uyğun biliklər qazanmaq müəllim üçün artıq seçim yox, zərurətdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: