“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Suparibağ kənd məktəbində yubiley münasibətilə tədbir keçirildi

19/03/2026, 18:16
xeber1

19.03.2026-cı il tarixində Astara rayonu Aqşin Hüseynov adına Suparibağ kənd tam orta ümumtəhsil məktəbinin texniki işçisi Əhmədova Turac Ağakişi qızının 60 illik yubileyi münasibətilə məktəbdə tədbir keçirilmişdir.

Tədbirdə çıxış edənlər Turac xanımı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür və gələcək həyatında xoşbəxtlik arzulamışlar. Onun uzun illər ərzində məktəbdə göstərdiyi zəhmət, məsuliyyətli fəaliyyəti və kollektiv arasında qazandığı hörmət xüsusi qeyd olunmuşdur.

Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Turac xanıma xatirə hədiyyəsi təqdim edilmişdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: