Xəbərlər
Astarada uşaq bağçasında ittifaq üzvümüzün yubileyi qeyd edildi .
03/12/2025, 15:24

Astara rayonu Suparibağ kənd körpələr evi–uşaq bağçasının təsərrüfat müdiri Ağayeva Gülçöhrə Sabir qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Gülçöhrə xanımın uzun illər ərzində bağçada göstərdiyi səmərəli əməyindən, təsərrüfat işlərinin təşkilində nümunəvi fəaliyyətindən və kollektivdə qazandığı böyük hörmətdən bəhs ediblər.
Sonda Gülçöhrə xanım Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur.




