Xəbərlər
Suraxanı Rayon Komitəsi Nazlı Bulaqda...
01/04/2026, 16:55

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Suraxanı Rayon Komitəsinin təşkilatçılığı ilə rayon üzrə təhsil müəssisələrinin İHT sədrləri və müharibə veteranları üçün Novruz bayramı və Ramazan bayramı münasibətilə istirahət gəzintisi təşkil olunub.
29–30 mart tarixlərində baş tutan səfər çərçivəsində iştirakçılar Qubada yerləşən Nazlı Bulaq İstirahət Mərkəzinə yollanaraq həm bayram ab-havasını birlikdə qeyd edib, həm də xoş və yaddaqalan istirahət keçiriblər.
Gəzintidə iştirak edən həmkarlar yaradılan şəraitdən məmnun qaldıqlarını bildirərək göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Paşayevə səmimi təşəkkürlərini ifadə ediblər.








