Xəbərlər
Suraxanı Rayon Komitəsi üzvlər üçün bölgələrə səfərlər təşkil edib.
21/05/2026, 13:52

ETİHİ Suraxanı Rayon Komitəsi tərəfindən rayonun 140, 270, 275, 282 nömrəli tam orta ümümtəhsil məktəblərinin ittifaqı üzvləri üçün may ayı ərzində rayonlara maarifləndirici və istirahət turları təşkil edilib.
Turlar çərçivəsində iştirakçılar Şamaxı rayonuna, füsunkar “Nazlı Bulaq” istirahət məkanına, eləcə də Qəbələ və İsmayıllı rayonlarına səfər edib, ölkəmizin zəngin təbiəti və gözəl guşələri ilə yaxından tanış olublar.
Təşkil olunan səfərlər həmkarlar ittifaqı üzvlərinin asudə vaxtının səmərəli təşkili, kollektiv münasibətlərin möhkəmləndirilməsi və mənəvi istirahətin təmin olunması məqsədində olub.










