Xəbərlər
Suraxanı rayonu Atəşgah məbədində bayram ab-havası:Axır çərşənbə qeyd olunub.
17/03/2026, 14:00

İlaxır çərşənbə münasibətilə Suraxanı rayonunda yerləşən Atəşgah məbədi önündə bayram şənliyi keçirilib.. Tədbirdə Suraxanı rayon komitəsinin əməkdaşları da iştirak ediblər.
Bayram tədbiri çərçivəsində milli adət-ənənələrimizi əks etdirən müxtəlif proqramlar təşkil olunub, tonqal qalanaraq İlaxır çərşənbənin rəmzi olan birlik və həmrəylik nümayiş etdirilib Eyni zamanda rayonun ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin hazırladıqları əl işləri sərgilənib, Novruz ənənələrini əks etdirən kompozisiyalar da iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bayram tədbiri xoş ovqat və yüksək əhval-ruhiyyə ilə yadda qalıb🌿🔥














