Xəbərlər
Suraxanı rayonu ittifaq üzvləri Xocalı Soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad edib
26/02/2026, 11:43

Xocalı Soyqırım ilə əlaqədar ETİHİ Suraxanı Rayon Komitəsinin xidməti ərazisində yerləşən ümumtəhsil müəssisələrində çalışan hərbi rəhbərlər, müharibə iştirakçıları, veteran müəllimlər Quba Memorial Kompleksini və Rusdov inzibati ərazi dairəsində yerləşən Vətən Müharibəsi Qəhrəmanı Şəhid Mehrab Niftəliyevin xatirə kompleksini, Zizik kəndində yerləşən Şahin Allahyarovun xatirə kompleksini və məzarını şəhidlərin yaxınları ilə ziyarət ediblər.














