Xəbərlər
Şuşanın tanınmış şəxsiyyətləri

ETİHİ Nəsimi Rayon Komitəsinin üzv təşkilatı olan Namiq Axundov adına 1 nömrəli tam orta məktəbin 3-cü və 4-cü sinif şagirdləri arasında Zəfər Gününə həsr olunmuş ''Şuşanın tanınmış şəxsiyyətləri'' mövzusunda kitab təqdimatı keçirilib.Təqdimatın əsas məqsədi şagirdlərə Şuşanın zəngin tarixi, mədəni irsi, Azərbaycan xalqına bəxş etdiyi görkəmli şəxsiyyətlər haqqında məlumat vermək, onların milli-mənəvi dəyərlərə bağlılığını və vətənpərvərlik ruhunu gücləndirmək olub.
Tədbir zamanı şagirdlər Şuşanın yetirdiyi görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığı ilə tanış olub, onların Azərbaycan tarixində və mədəniyyətində oynadıqları mühüm rol barədə məlumatlar əldə ediblər. Kitab təqdimatı zamanı uşaqlar mövzu ətrafında fikirlərini bölüşüb, maraqlı məlumatlar səsləndirib və fəallıq nümayiş etdiriblər.






