Xəbərlər
“Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər”: AzMİU-da kitab təqdimatı

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Hüquq və İnsan Haqları İnstitutunun yeni nəşri olan “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” kitabının təqdimatı keçirilib.
Tədbirdə kitabın müəllifi, institutun idarə heyəti sədrinin müavini Vəfaddin İbayev çıxış edərək əsərin əsas məzmunu və mahiyyəti barədə danışıb. Bildirib ki, nəşrdə Azərbaycan–Ermənistan münaqişəsinin tarixi-siyasi əsasları və ölkəmizin bütün dövrlərdə ədalətli sülh tərəfdarı olması, habelə ərazi bütövlüyü və beynəlxalq hüquqa əsaslanan mövqeyi vurğulanır.
Bundan başqa, kitabda Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə verdiyi bəyanatları, xalqa müraciətləri təhlil edilir və “Güclü dövlət konsepsiyası” anlayışının izahı verilir.
Tədbir müzakirələrlə davam edib.




