“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

26/02/2026, 17:27
xeber1

26 Fevral tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin sədri Reyhan Ocaqova Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.

Tədbiri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbin direktoru Hənifəyeva Nigar açaraq Xocalı soyqırımının tarixindən, baş verən hadisələrdən danışıb, faciə qurbanlarının xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyini iştirakçıların diqqətinə çatdırıb.

Çıxışlarda bildirilib ki, Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşına qanlı səhifə kimi həkk olunub və bu faciənin dünya ictimaiyyətinə çatdırılması hər birimizin mənəvi borcudur.

Tədbir şagirdlərin hazırladıqları bədii kompozisiyalar, şeirlər və ədəbi-bədii çıxışlar ətrafında davam edib. Anım mərasimində soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Allah bütün şəhidlərimizə rəhmət etsin.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: