Xəbərlər
Tarix-coğrafiya fakültəsində maarifləndirici görüş keçirildi
Tarix-coğrafiya fakültəsində əməkdaşlarla növbəti maarifləndirici görüş baş tutdu. Əvvəl iclasda fakültə üzrə Universitet Elmi Şurasına nümayəndələrin seçkisi keçirilmiş, nəticələr elan olunmuşdur. Həmkarlar İttifaqı Komitəsi olaraq seçkinin şəffaf və ədalətli keçirilməsinə nəzarət edilmişdir.
Tarixin öyrənildiyi bu məkanda bu dəfə əmək münasibətlərinə dair vacib məsələlər müzakirə olundu. Tarix fakültəsində keçirilən görüşdə əməkdaşlarla hüquq və vəzifələr, eləcə də qanunvericilikdəki yeniliklər ətrafında fikir mübadiləsi aparıldı. Əməkdaşların rahat formada qeydiyyatdan keçərək sanator-kurort mərkəzlərində istirahət etməsi və müalicə alması barədə maarifləndirici məlumat verildi. HİK-nin sədri V.K.Əliyev Kollektiv müqavilənin müddəalarını fakültə əməkdaşlarına ətraflı izah edib, onların hüquqlarını müdafiə edəcək maddələri vurğulayıb.
Sonda keçmişin dərslərindən güc alan bu günün kollektivinə öz hüquqlarını yaxşı bilməklə gələcəyə daha da inamla addımlamaq arzulanıb.



